Payız aylarında immun sistemimizin zəifləməsi və xəstəliklərə yoluxma riski artır. Bu səbəbdən sağlam qidalanma xüsusilə əhəmiyyət kəsb edir. Mütəxəssislər payız mövsümündə vitamin və antioksidant baxımından zəngin meyvə və tərəvəzlərin istehlakını tövsiyə edirlər.
Bizim.Media xəbər verir ki, payız meyvələri arasında kivi, alma, armud, ayva, nar və qreyfurt yer alır.
Bu meyvələr C vitamini ilə zəngindir, immuniteti gücləndirir, ürək və həzm sisteminə müsbət təsir edir.
Payız tərəvəzləri isə kələm, qarğıdalı, ispanaq, kələm və qoz kimi məhsulları əhatə edir. Xüsusilə qoz beyin funksiyalarını dəstəkləyir, balqabaq isə arıqlamaq istəyənlər üçün uyğundur.
Həkimlər gündə ən azı 5 porsiya meyvə və tərəvəz istehlakının vacib olduğunu bildirirlər. Bu, qışa sağlam və möhkəm immun sistemilə hazır olmaq üçün mühüm addımdır. (pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:39 / 03.09.2025
Payızda hansı meyvə və tərəvəzlər yeyilməlidir?
Hazırda oxunan: Payızda hansı meyvə və tərəvəzlər yeyilməlidir?
Hazırda oxunan: Payızda hansı meyvə və tərəvəzlər yeyilməlidir?
268433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.