Bu gün Qusar Rayon İcra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafı çərçivəsində aparılan abadlıq-quruculuq və şəhər küçələrinin əsaslı təmiri işlərinin daha səmərəli təşkili məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, aidiyyəti qurumların, podratçı təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, görüşdə əsas diqqət rayon ərazisində aparılan yol-tikinti və abadlıq işlərinin mühəndis-kommunikasiya sistemlərinə təsirinin minimuma endirilməsi məsələsinə yönəlib.
Xüsusilə asfalt örtüyünün çəkilişi və torpaq işləri zamanı qaz, elektrik və su xətlərinin zədələnməməsi üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi müzakirə olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.