Naxçıvanda 40 min manatlıq aksizsiz siqaret MÜSADİRƏ EDİLDİ

Hazırda oxunan: Naxçıvanda 40 min manatlıq aksizsiz siqaret MÜSADİRƏ EDİLDİ

268375

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, Naxçıvanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40 min manat dəyərində 25 min qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub.


Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin