Kəmaləddin Heydərov Tibb Mərkəzinə yeni rəis təyin etdi

Hazırda oxunan: Kəmaləddin Heydərov Tibb Mərkəzinə yeni rəis təyin etdi

268353

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis təyin edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin olunub.
 

Qeyd edək ki, bu ilin may ayında Arzu Yusifova FHN Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib.


Mərkəzin yeni rəisi Amaliya Məmmədovanın da onun rəfiqəsi olduğu deyilir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad olunub, yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova, həmçinin ötən ilin may ayında Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi. O, 2025-ci ilin mart ayında hər iki vəzifəsindən istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin