2025-2026-cı tədris ilində Azərbaycan ali məktəblərinin bəstəkarlıq fakültəsinə ümumilikdə 2 nəfər qəbul olub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, qəbul olan tələbələrdən biri Bakı Musiqi Akademiyasında, digəri isə Azərbaycan Milli Konservatoriyasında təhsil alacaq.
Qurumdan bildirilib ki, dirijorluq fakültəsinə isə ümumilikdə 9 nəfər qəbul olub. Onlardan 1 nəfər Azərbaycan Milli Konservatoriyasının, 8 nəfər isə Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsinə daxil olub.
Xatırladaq ki, bu il Bakı Musiqi Akademiyasında bəstəkarlıq fakültəsinə 3, xor dirijorluğu fakültəsinə 8, Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq fakültəsinə 3, xor dirijorluğu fakültəsinə 3, xalq çalğı alətləri orkestrinin dirijorluğu fakültəsinə isə 2 plan yeri ayrılıb.
Günay Şahmar, Bizim.Media