Samuxda ağır qəza: Ata öldü, oğlu yaralandı

Hazırda oxunan: Samuxda ağır qəza: Ata öldü, oğlu yaralandı

268317

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
 

Rayonun Qaraağaclı qəsəbə sakini, 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi VAZ-2107 avtomobili qarşı hərəkət zolağında olan "Hyundai" markalı avtomobillə toqquşub. 


Hadisə nəticəsində VAZ-ın sürücüsü Rafiq Behbudov ölüb, avtomobildə olan oğlu, 2001-ci il təvəllüdlü Emin Behbudov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin