Məktəblilərə VAR, tələbələrə YOX - Universitetlərdə də psixoloqlar fəaliyyət göstərəcək?

Hazırda oxunan: Məktəblilərə VAR, tələbələrə YOX - Universitetlərdə də psixoloqlar fəaliyyət göstərəcək?

268307

Müasir dövrdə psixoloji sağlamlığa çox önəm verilir. Azərbaycanda məktəblərdə fəaliyyət göstərən psixoloqlar şagirdlərin emosional və sosial inkişafına dəstək olurlar. Lakin eyni ehtiyac universitetlərdə də öz aktuallığını qoruyur.

Ali təhsil mühitində gənclər yeni müstəqillik qazanır, müxtəlif sosial təzyiqlərlə üzləşir və gələcək karyera seçimləri ilə bağlı qərarlar verir. Bu mərhələdə psixoloji dəstək tələbələrin həm akademik nailiyyətlərinə, həm də şəxsi inkişafına birbaşa təsir göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

“Normalam” DEMƏYİN – Bu əlamətlər varsa, PSİXOLOQA gedin


Bəs məktəblərdə olduğu kimi universitetlərdə də psixoloqlar fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, məktəblərdə olduğu kimi universitetlərdə də psixoloqların olması yaxşı olardı:

“Amma bilirsiniz ki, ali təhsil istiqamətində təhsil alanlar şagirdlərdən dünyagörüşü baxımından bir qədər fərqlənirlər. Yəni özlərini idarəetmə baxımından ciddi sıxıntı yaranmadığı üçün ali təhsil müəssisələrində psixoloqa ehtiyac duyulmur”.

O, bildirib ki, xüsusi hallarda ola bilər ki, hansısa fakültənin daxilində psixoloq ştatı açıla bilər:

“Yalnız xüsusi ehtiyacı olan şəxslər söhbət aparmaq üçün həmin psixoloqlardan yardım ala bilərlər. Yəni ali məktəblərdə də psixoloqların olması pis hal deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin