Xızıda kanalda batan iki qardaş bu obyektdə İŞLƏYİRMİŞ – TƏFƏRRÜAT

Hazırda oxunan: Xızıda kanalda batan iki qardaş bu obyektdə İŞLƏYİRMİŞ – TƏFƏRRÜAT

268269

Xəbər verildiyi kimi Xızıda iki qardaş kanalda boğulub ölüb.

Hadisə Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında baş verib. Tovuz rayonunun Çilovdarlı kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev ehtiyatsızlıqdan kanala düşərək boğulublar.
Boğulan qardaşlarla bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Tovuz rayon sakinləri olan Ramazan və Orxan Abdıyev qardaşları Stalçay ərazisində aparılan dövlət əhəmiyyətli obyektin tikintisində işləyirlərmiş. Onların Samur-Abşeron kanalına gecə saatlarında düşdüyü deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Xızıda kanalda boğulan şəxslərin ADLARI açıqlandı – YENİLƏNİB


Xızı rayon prokurorluğunda fakta görə araşdırma başlanılıb. İlkin versiya kimi hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma davam edir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin