Gecə növbəsində çalışan qadının 4 barmağı kəsildi

Hazırda oxunan: Gecə növbəsində çalışan qadının 4 barmağı kəsildi

268263

Mingəçevir Sənaye Parkında dəhşətli hadisə baş verib. 

Bizim.Media xəbər verir ki, şəhər sakini 1995-ci il təvəllüdlü Hüseynzadə Nəzrin Azad qızı gecə növbəsində xidmətdə olarkən ehtiyatsızlıqdan əli işlək vəziyyətdə olan qurğunun arasında sıxılı vəziyyətdə qalıb.

N.Hüseynzadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 

Xəstəxanadan verilən məlumata görə, onun barmaqlarının bərpası mümkün olmadığından əməliyyat zamanı 4 barmağı amputasiya edilib. Həyatı təhlükəsi olmadığı bildirilir.


Faktla bağlı araşdırma aparılır. (Gencexeber.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin