Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB - FOTO/VİDEO

268194

Xaçmaz rayonunun Palıdlı kəndində şamlıq adlanan ərazidə qəfildən yanğın başlayıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, İsti havada başlayan yanğın qısa zamanda genişlənərək ətraf bağ və otlaq sahəyə keçib.

Alovun genişlənməsinin qarşısı kənddəki təsərrüfatın işçiləri və sakinlər tərəfindən alınıb.

Hadisə yerinə çağırılan FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun tam söndürülməsini təmin edib.

Şam ağacları massivində baş verən qəfil yanğının tam başvermə səbəbi məlum deyil. Yanğının qəsdən törədildiyi və ya yerə atılan siqaret kötüyündən baş verməsi ehtimal edilir.

Faktın araşdırılmasına başlanılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin