Astara sakini 10 aylıq körpə yüksək hərarətdən öldü - FOTO

Hazırda oxunan: Astara sakini 10 aylıq körpə yüksək hərarətdən öldü - FOTO

268191

Astara rayonunun Siyəkü kəndində yaşayan 2024-cü il təvəllüdlü Elcan Taleh oğlu Həsənzadə bu gün günortadan sonra yüksək hərarət səbəbindən dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yaxınları uşağın qidadan zəhərlənmiş ola biləcəyini düşünüb və ona içməli soda veriblər.

Vəziyyəti pisləşdikdən sonra körpə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi bütün tibbi yardıma baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə yaxınlarına təhvil verilib və hadisə ilə bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin