Kişilərin DİQQƏTİNƏ – Bu vərdiş dodaq xərçəngi yaradır

Hazırda oxunan: Kişilərin DİQQƏTİNƏ – Bu vərdiş dodaq xərçəngi yaradır

268170

Azərbaycanda 296 nəfər dodaq xərçəngindən əziyyət çəkir. Ümumiyyətlə, xərçəngin bu növü haqqında xəbərdar olanlar azdır.

Dodaq xərçəngi dodaqda yaranan bədxassəli şişdir.

Bu, ağız boşluğu xərçənglərinin bir növüdür və ən çox alt dodaqda rast gəlinir.

Onkoloq Afət Cabbarova Bizim.Media-ya açıqlamasında bildirib ki, dodaq xərçənginin başlıca yaranma səbəbi siqaretdir.

"Xərçəngin bu növü tütün vasitələrindən istifadə etmək, dodaqda yanıqların olması, zərər dəyməsi və s.. nəticəsində yaranır".

Həkimin sözlərinə görə,  bu xərçəng ən çox kişilərdə müşahidə olunur:

"Həmçinin, buna daha çox yaşı 70-dən yuxarı şəxslərdə rast gəlinir".
 

Müsahibimiz vurğulayıb  ki, dodaq xərçənginə tutulanların sayı son llərdir ki stabildir, artım  azdır.


Qeyd edək ki, dodaq xərçəngi dodaqda sağalmayan yara, çat, qabarıq və ağrı ilə özünü göstərir. Spirtli içkilər, hətta açıq havada işləyənlərdə Günəşin ultrabənövşəyi şüaları da dodaq xərçəngi yarada bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin