Yevlaxda DƏHŞƏT – 25 yaşlı gənc traktorun altında qaldı

Hazırda oxunan: Yevlaxda DƏHŞƏT – 25 yaşlı gənc traktorun altında qaldı

268150

Yevlaxda 25 yaşlı gənc traktorun altında qalıb.

Bizim.Media-nı yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaramanlı kəndi ərazisində baş verib.
 

Belə ki, 2000-ci il təvəllüdlü Şöhrət Mirzəyev ot biçini üçün istifadə etdiyi traktoru təmir etmək istəyən zaman traktorun kəməri açılıb. Bu zaman Ş.Mirzəyevin şalvarı traktorun kəmərinə ilişib və gənc ot biçən traktorun altında qalıb. 


Yaralı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə hal-hazırda koma vəziyyətindədir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin