Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb OLUNDU

Hazırda oxunan: Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb OLUNDU

268139

Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin