Azyaşlını dilənçiliyə sövq edən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Azyaşlını dilənçiliyə sövq edən şəxs HƏBS EDİLDİ

268086

Bakıda azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.
 

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlb etmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.


İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin