Lerikdə qayınata kürəkənini döydü

Hazırda oxunan: Lerikdə qayınata kürəkənini döydü

268067

Lerikdə qayınata kürəkənini döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Lerik rayonunun Züvüç kəndi ərazisində yerləşən otlaq sahəsində baş verib.
 

Kənd sakini, 1982-ci il təvəllüdlü Asəf Bağırov (adı və soyadı şərtidir) eşidib ki, qızının evində problem yaranıb. O, qızının əri Fəridi söhbət etmək üçün kəndin kənarındakı otlaq sahəsinə çağırıb. Əraziyə gələn Fəridlə Asəf arasında mübahisə yaranıb və Asəf Fəridi döyüb. Fərid hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub şikayət edib.


Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb.

Lerik Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin