Protein, vitamin və antioksidant baxımından zəngin olan yumurta gündəlik qidalanmada tez-tez istifadə edilir.
Bizim.Media xəbər verir ki, xüsusilə səhər yeməklərinin əsas qidası olan yumurtanın hər gün yeyilməsi barədə suallar çoxluq təşkil edir.
Mütəxəssislər qeyd edirlər ki, yumurtanı gündəlik istifadə etmək sağlamlığa faydalı ola bilər.
Bir yumurta orta hesabla 70-80 kalori və 6 qramdan artıq protein təmin edir. İmmun sistemini gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır, beyin sağlamlığını qoruyur və gözlər üçün faydalıdır.
Lakin yüksək xolesterin, şəkərli diabet və ürək xəstəliyi olan şəxslər yumurta sarısının miqdarına diqqət etməlidirlər. Mütəxəssislərə görə, yumurta istehlakı hər kəsin sağlamlıq vəziyyətinə uyğun tənzimlənməlidir. (Pravda.az)
Bizim.Media