Evli kişi sevgilisinə qarşı dələduzluq etdi

Hazırda oxunan: Evli kişi sevgilisinə qarşı dələduzluq etdi

268044

Bakıda qadına qarşı dələduzluq edilib.

Bizim.Media xəbər verir ki, 39 yaşlı Zabil 2 il əvvəl Günel adlı xanımla tanış olub. Tanışlıqdan sonra o, iki uşağı olan, subay Günelə zənglər edərək, ondan xoşu gəldiyini və sevgili olmaq istədiyini deyib.

Daha sonra yaranan münasibətlər zamanı Zabil qadının Mingəçevirdə yerləşən "ASAN Xidmət" filialında işlədiyini öyrənib və ona elçi göndərəcəyini bildirib.

Qadın kişinin sözlərini ciddiyə alaraq, tam inanıb. Belə olduqda, Zabil Günelin pullarını ələ keçirməyə çalışıb və özünün xərçəng xəstəsi olduğu barədə qadını inandırıb. O, Almaniyada əməliyyat olunması adı ilə Güneldən ayrı-ayrı vaxtlarda ümumilikdə 27 min 55 manat pul alıb. Məlumata görə, Günel hətta Zabilə pul verməkdən ötrü bankdan kredit də götürüb.
 

Bir müddət sonra qadın kişiyə zəng edərək, verdiyi pulu geri istəməyə başlayıb. Lakin Zabil hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Sonuncu zəng zamanı Zabil əsl kimliyini açıqlayıb. O, evli və övladlarının olduğunu, həmçinin əslində xərçəng xəstəsi olmadığını Günelə deyib. Bunu görən zərərçəkən pullarını bir daha geri istəyib, əks halda polisə şikayət edəcəyini bildirib. Daha sonra isə Günel Z.Mirzəyevi polisə şikayət edib.


Nəticədə, o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəyev 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin