Sentyabrın ilk GÜNÜNÜN HAVASI: 38 dərəcə isti...

Hazırda oxunan: Sentyabrın ilk GÜNÜNÜN HAVASI: 38 dərəcə isti...

268037

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin