Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)

Hazırda oxunan: Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)

267930
Vladimшr Zelenskinin Ukraynanın prezidenti seçilməsi ilə onun həyat yoldaşı Yelena Zelenskaya artıq ölkənin birinci xanımı oldu.

Yelena Zelenskayanın birinci xanım olması Ukrayna xalqının böyük əksəriyyətinin ürəyincədir. Hər kəs sosail şəbəkələrdə onun gözəlliyini müzakirə etməyə başlayıb.xa0

Yelena və Vladimr orta məktəbdə paralel sinifdə oxuyublar. Ancaq onların tanışlığı tələbəlik vaxtlarına təsadüf edib. Həmin vaxt Vladimr Krivorojskidə yerləşən İqtisadiyyat Universitetinin hüquq fakültəsinin, Yelena isə Texniki Universitetin inşaat fakültəsinin 1-ci kursunda təhsil alırdılar.xa0

Toya qədər cütlük 8 il görüşüblər. 2008-ci ildə isə onların toyu olub. Hazırda onların 2 uşağı - Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

Ukraynanın birinci xanımı həmişə gözdən uzaq həyat tərzi sürməyə üstünlük verib. Onun sosial şəbəkələrdə heç bir şəxsi səhifəsi yoxdur. Elena dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Hətta Ukrayna telekanallarının birinə müsahibə verən Zelenskaya həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq nəticədə gələcəyin prezidentinin qərarı ilə razılaşaraq, seçimlər ərəfəsində bütün görüşlərdə həyat yoldaşının yanında olub.xa0

Vladimr və Yelena artıq 21 ildir ki, evlidirlər və bir-birilərinə qarşı sevgilərinin və hislərinin əsla azalmadığını bəyan etməkdən çəkinmirlər.(BAKU.WS)





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin