Masallıda elektrik cərəyanı 41 yaşlı kişinin həyatına son qoydu - FOTO

Hazırda oxunan: Masallıda elektrik cərəyanı 41 yaşlı kişinin həyatına son qoydu - FOTO

267540

Masallı rayonunun Qasımlı kəndi ərazisində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərov ona məxsus fermada iş görərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, o, dəmir setkadan ibarət çəpərə toxunduğu zaman faciə yaşanıb.
 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Meyit müayinə üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin