Ombudsmandan Ağdamdakı hadisə ilə bağlı MƏLUMAT

Hazırda oxunan: Ombudsmandan Ağdamdakı hadisə ilə bağlı MƏLUMAT

267531

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan azyaşlılarla bağlı məlumat yayıb.

Ombudsmandan Bizim.Media-ya bildirilib ki, şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi aparatın diqqət mərkəzindədir.

Qeyd olunub ki, mediada Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır:
 

“Hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.


Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi tərəfimizdən nəzarətdə saxlanılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin