Məktəblərdə yeni dərsliklər TƏDRİS OLUNACAQ

Hazırda oxunan: Məktəblərdə yeni dərsliklər TƏDRİS OLUNACAQ

267516

Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan (ARTİ) bildirilib.
 

ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.


2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:

8-ci sinif – Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)

7-ci sinif – Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)

6-cı sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)

3-cü sinif – Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif – Kimya, Fizika, Biologiya, Coğrafiya

8-ci sinif – Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)

7-ci sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),

4-cü sinif – Həyat bilgisi

Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin