Abşeronda 54 yaşlı kişi qətlə yetirildi

Hazırda oxunan: Abşeronda 54 yaşlı kişi qətlə yetirildi

267511

Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin