Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Hazırda oxunan: Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

267506

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri həyata keçirəcək.

Bizim.Media Oxu.az-a istinadla xəbər verir ki, layihənin ümumi dəyəri 1 milyon 124 min 739.42 manat təşkil edir.

Təmir işlərinə dam örtüyünün, yararsız şüşəli ruberoidin, hamarlayıcı qatların, metal yəhərlərin, şifer dam örtüklərinin, frantonların və novçaların sökülməsi daxildir.

Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin