Yarım il ərzində neçə cərrah barəsində tənbeh tədbiri görüldüyü AÇIQLANDI

Hazırda oxunan: Yarım il ərzində neçə cərrah barəsində tənbeh tədbiri görüldüyü AÇIQLANDI

267476

2025-ci ilin ilk altı ayında Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlamalar zamanı yanvarda – 4, fevralda – 3, apreldə - 1, mayda – 2, iyunda – 2 olmaqla, ümumilikdə 12 cərrah fəaliyyəti göstərən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənbeh tədbiri görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu cərrah fəaliyyəti göstərən şəxslərin beşi haqqında İXM-in 215.1-ci maddəsi (Özəl tibb fəaliyyəti üçün verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə), ikisi haqqında 215.3-cü maddəsi (İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə) və beşi barəsində 215.4-cü maddəsi (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmasına görə) ilə protokol tərtib edilərək, növbəti icraat üçün aidiyyati quruma göndərilib.

"AEM vətəndaşlara tövsiyə edir:

Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

•“Bir pəncərə” sektoru

•Qaynar xətt: (012) 596 05 20

•E-poçt: [email protected]

•Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",- deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin