Biləsuvarda ağır QƏZA – Azyaşlı yaralandı – FOTO/VİDEO

Hazırda oxunan: Biləsuvarda ağır QƏZA – Azyaşlı yaralandı – FOTO/VİDEO

267475

Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.

“KIA” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxarıb və aşıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin