Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim - Yenə alıcı tapılmır...

Hazırda oxunan: Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim - Yenə alıcı tapılmır...

267472

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən dəbdəbəli villaya alıcı tapılmır.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bir neçə ay əvvəl 8 milyon dollara satışa çıxarılan malikanənin qiymətində birdən-birə 1 milyon dollar endirim edilib.

Hazırda 7 milyon dollar ödəyən şəxs həmin villanın yeni sahibi ola bilər. Buna baxmayaraq, hələlik son qiymətlə də razılaşan alıcı yoxdur.

Qeyd edək ki, paytaxtın mərkəzi hissəsi sayılan Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən bu villa Ramiz Mehdiyevin yüksək vəzifə tutduğu dövrdə tikilib. Lakin Mehdiyev son açıqlamasında həmin villanın kimə məxsus olduğunu bilmədiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin