Bakıda DƏHŞƏT: Yeniyetmə oğlan anasını oteldə öldürdü

Hazırda oxunan: Bakıda DƏHŞƏT: Yeniyetmə oğlan anasını oteldə öldürdü

267413

Bakıda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə avqustun 27-də Bakıdakı otellərdən birində qeydə alınıb.

1989-cu il təvəllüdlü Əsmət Qasımova qaldığı oteldə qətlə yetirilib.

İsti izlərlə həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı Ayxan Qasımlı tərəfindən törədildiyi məlum olub.

O, anası ilə müvəqqəti qaldığı oteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib.

Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin