Xəbər verdiyimiz kimi, bəzi klinikaların “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə veriləcəyi, bununla yanaşı Səhiyyə Nazirliyinin də fəaliyyət göstərməkdə davam edəcəyi məlum olub.xa0
Bu barədə mətbuata açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dünyanın bir çox ölkəlrində Səhiyyə Nazirliyinin sadəcə səhiyyə siyasəti həyata keçirəcəyini, təşkilati işlərin isə yerli səviyyədəxa0 gerçəkləşdiyini vurğulayıb. Azərbaycandakı sözügedən yeniliyin də məhz beynəlxalq aləmdəki məlum təcrübə əsasında həyata keçiriləcəyi bildirilir.
Şübhəsiz, beynəlxalq təcrübədə özünü doğruldan, müsbət mənada öz təsdiqini tapan istənilən yeniliyin Azərbaycan reallığını nəzərə almaqla ölkəmzidə tətbiqi arzuediləndir və hər bir müsbət yenilik kimi xalqımızın, dövlətimizin marağına xidmət edir. Lakin təəssüflər olsun ki, Səhiyyə Nazirliyinin bugünə qədərki fəaliyyəti bu sistemdə həyata keçiriləcək istənilən yeniliyin aqibətinə optimist yanaşmağa imkan vermir.
Ölkə başçısının 4 iyul müşavirəsi və səhiyyə nazirinə tutulan irad...
Səhiyyə Nazirliyindəki mövcud durumun nə dərəcədə acınacaqlı olduğunu anlamaq üçün ölkə başçısının ötən ilin 4 iyul tarixindəki məruzəsində səhiyyə nazirinə xitabən səsləndirdiyi iradlara nəzər salmaq kifayətdir. Ölkədəki enerji böhranı vaxtı xəstəxanalarda generatorların işləməsində ciddi problemlərin olduğunu bildirən prezident İlham Əliyev, səhiyyə nazirinə bu istiqamətdə ciddi təftişlər aparmağın vacibliyini bildirmiş, mövcud vəziyyətin öyrənilməsinin zəruriliyinə diqqət çəkmişdi:xa0
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.
Göründüyü kimi, məlum çıxışda ölkə başçısı tibb müəssisələrində generatorların işləməsi ilə bağlı səhiyyə nazirinin ona təqdim edilən məlumatın doğruluğunu təkzib etmiş, bir sıra xəstəxanalarda enerji böhranı zamanı müəyyən problemlərin yaşandığını vurğulamışdı.xa0
Ölkə başçısının ötən ilin 4 iyul tarixli ittihamından bu günə qədər ölkə mətbuatında, eləcə də sosial şəbəkələrdə Səhiyyə Nazirliyi, bu qurumun tabeliyindəki müəssisələrlə bağlı səslənən tənqidi fikirlərin çoxluğu, ötən ildən bu günə qədər bu sahədə ciddi bir irəliləyişin olmadığını göstərir.xa0
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin telefonları niyə susur?
Səhiyyə Naizirliyinin tabeliyindəki müəssisələrdən sayılan Bakı Şəhər Baş Səhiyyə İdarəsi də ciddi tənqid hədəfinə çevrilən qurumlardandır. Bu qurumla bağlı ən çox təəccüb doğuran məqamlardan biri Bakı Şəhər Baş Səhiyyə İdarəsinə edilən mütəmadi telefon zənglərinin belə cavabsız qalması ilə bağlıdır. Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinə edilən telefon zəngləri dibsiz quyuya atılan daş kimi “itib-batır” və heç bir əks-səda doğurmur. Səhiyyə kimi həssas bir sahəyə cavabdeh olan, hər bir zəng və çağırışa xüsusi həssaslıqla yanaşmalı olan qurumun vətəndaş zənglərinə məlum laqeyd münasibəti əslində adıçəkilən qurumun digər sahələrdəki fəaliyyəti üçün də ölçü meyarı hesab edilə bilər.xa0
Ümid edirik ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi vətəndaşlara, onların haray və çağırışına olan laqeyd münasibətini dəyişəcək, nə vaxtsa bu zənglərə cavab verməklə insanların çoxdan gözlədiyi “möcüzə”ni reallaşdıracaqdır. Əks təqdirdə, hər birimizin inkişafında maraqlı olduğumuz səhiyyəmizin özü həkimə möhtac olan xəstə təsiri bağışlayacaq, vətəndaşalarımızı məyus etməkdə davam edəcək.



























































































