DİQQƏT: Bakının daha bir rayonunda söküntü olacaq

Hazırda oxunan: DİQQƏT: Bakının daha bir rayonunda söküntü olacaq

267374

Bakıda daha bir rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Səbail rayonunda aparılacaq.

Rayonda istismar müddəti başa çatmış qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub.

Tenderi "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" keçirir.
 

Layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, həmçinin Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.


Qeyd edək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin