Mənzilində heyvan saxlayanlara XƏBƏRDARLIQ - 200 manat cərimələnə bilərsiniz!

Hazırda oxunan: Mənzilində heyvan saxlayanlara XƏBƏRDARLIQ - 200 manat cərimələnə bilərsiniz!

267331

Son illər evdə heyvan saxlamaq dəb halını alıb. Bir çox insanlar evdə it, pişik, müxtəlif quşlar və balıqlar saxlayırlar. Bəzi hallarda isə bu quşlar və heyvanlar ictimai narazılıq yaradır. Zamansız və hündürdən gələn heyvan və quş səsləri  sakinləri narahat edir. Onların ifrazatından yayılan pis qoxu da narazılıqlara səbəb olur.

Elə isə qanun çoxmərtəbəli yaşayış binasındakı mənzildə neçə heyvan saxlamağa icazə verir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fuad Rüstəmli deyir ki, çoxmərtəbəli binalardakı mənzildə, İnzibati Xətalar Məcəlləsinə əsasən 1 it və yaxud 2 pişik saxlamağa icazə verilir.

“Bu mənada mənzildə 2 it və yaxud 3 pişik saxlanılması qanun pozuntusudur. Ona görə də əgər itinizin balaları olubsa və ya sizə əlavə ev heyvanı hədiyyə edilibsə, bu zaman say həddini aşmamaq üçün həmin heyvanları ya sığınacağa təhvil vermək, ya da başqa bir şəxsə hədiyyə etmək lazımdır. Çünki say həddinin pozulması inzibati xəta sayılır və buna görə vətəndaş 200 manat məbləğində cərimələnə bilər”.

Müsahibimiz onu da qeyd edib ki, evdəki hər bir heyvanın baytar nəzarətində olması məcburidir:

“Bundan əlavə, heyvan saxlanılan evdə sanitar vəziyyət daim gözlənilməlidir. Mənzil və binanın giriş-çıxış yerləri davamlı olaraq dezinfeksiya edilməlidir. Çünki ev heyvanlarının saxlanılması nəticəsində pis qoxu yayılması, ətraf mühitin çirklənməsi və ya qonşulara narahatlıq yaradılması hallarında da qanun pozuntusu hesab edilir. Bu kimi hallara görə mənzil sahibi 200 manat cərimələnə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin