Tərtərdə əməliyyat: Saxlanılanlar var

Hazırda oxunan: Tərtərdə əməliyyat: Saxlanılanlar var

267330

Tərtər Rayon Polis Şöbəsinə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və toxuma torların oğurlanması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirov saxlanılıb.

Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top toxuma maddi sübut kimi götürülüb.
 

Bundan başqa, polis əməkdaşlarının narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54 yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin