Quba-Xınalıq yolundakı dəhşətli qəzada ölən və yaralanan şəxslərin KİMLİYİ bəlli oldu - ÖZƏL

Hazırda oxunan: Quba-Xınalıq yolundakı dəhşətli qəzada ölən və yaralanan şəxslərin KİMLİYİ bəlli oldu - ÖZƏL

267310

Quba-Xınalıq yolunda baş verən qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə ölən şəxs, Füzuli rayon sakini 1973-cü il təvəllüdlü İlqar Mübaşir oğlu Əhmədovdur. Qəzada yaralanan 48 yaşlı Bakı sakini Ramil Bayram oğlu İbrahimzadə isə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ona tibbi yardım edilir.

Qeyd edək ki, Quba-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.
 

Qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən onun sıxılmış vəziyyətdə olan meyiti avtomobildən çıxarılaraq müvafiq orqanlara təhvil verilib.



Qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin