Kürdəmirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hazırda oxunan: Kürdəmirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

267209

Kürdəmirdə baş verən ağır yol hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə AĞIR QƏZA: 39 yaşlı sürücü öldü - FOTO/VİDEO


“26.08.2025-ci il tarixində saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib”, - məlumatda qeyd edilib.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin