Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 929.31 ton miqdarında, 1 milyon 576 min 750 ABŞ dolları dəyərində nərə balığı gətirilib.
Ən bahalı nərə balığı Niderlanddan alınıb. Belə ki, bu ölkədən alınan nərə balığının bir kiloqramının orta qiyməti 36 manat 55 qəpik olub.
İdxal olunan nərə balığının bir kiloqramının orta qiyməti 1,65 dollar (2 manat 88 qəpik) olub. Rusiyadan 534 ton nərə bağlığı idxal edilib. Bu ölkədən idxal edilən balığın bir kiloqramı isə 1 manat 96 qəpiyə rəsmiləşdirilib.
Elə isə kiloqramı 2 manata rəsmiləşdirilən balığın kiloqramı bazarlarda niyə 30-35 manata təklif olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymətdəki kəskin fərq balıqların növündən də asılı ola bilər:
“Bazarda bolluq olsa, istənilən şəxs Rusiyadan nərə və digər balıqların gətirilməsi imkanı qazansa, bazarda qiymətlər normal tənzimlənə bilər. Əslində dövlətin pərakəndə ticarətə qarışmaq hüququ yoxdur. Doğru olan da budur. Yəni bazarda qiyməti tələblə təklif müəyyənləşdirməlidir və dövlət də bunun üçün rəqabətli mühit yaratmalıdır. Bu mənada çox güman ki, bir çox ölkələrdən, o cümlədən Rusiyadan gətirilən balıq məhsullarını dar çərçivəli şirkətlər gətirə bilir. Onlar da bazara öz qiymətlərini diqtə edə bilirlər”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:20 / 27.08.2025
2 manata alınır, 35 manata satılır – Nərə balığı MÜƏMMASI
Hazırda oxunan: 2 manata alınır, 35 manata satılır – Nərə balığı MÜƏMMASI
Hazırda oxunan: 2 manata alınır, 35 manata satılır – Nərə balığı MÜƏMMASI
267135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.