Goranboyda AĞIR QƏZA – Ölən və yaralanan var

Hazırda oxunan: Goranboyda AĞIR QƏZA – Ölən və yaralanan var

267099

Goranboyda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin