Rəşad Mehdizadəyə yüksək vəzifə verildi

Hazırda oxunan: Rəşad Mehdizadəyə yüksək vəzifə verildi

267087

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Zəhmət oğlu Mehdizadə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinə direktor təyin olunub. Mərkəz aqrar sahədə təlim və informasiya-məsləhət xidmətləri göstərməklə əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaradır. Aqrar Təlim Mərkəzi Aparatdan və respublika üzrə fəaliyyət göstərən 8 Regional Təlim Mərkəzindən ibarətdir.

Qeyd edək ki, Rəşad Mehdizadə I Yüksəliş müsabiqəsinin finalçısı olub.

Xatırladaq ki, R.Mehdizadə 2018-ci ilin əvvəlində həmin vaxt yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. O, daha sonra yeni təyinata qədər agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.

R.Mehdizadə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Türkiyənin Marmara Universitetində ictimaiyyətlə əlaqələr ixtisası üzrə magistr təhsilinə yiyələnib.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyin sədri Sərdar Hacıyevdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin