Azərbaycanda bir neçə ali təhsil müəssisəsində qəbul planı tam dolub.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.
Onun sözlərinə görə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbində plan yerləri 100% dolub.
"Özəl ali təhsil müəssisələrindən Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında da həmçinin qəbul planı tam dolub.
Regionlardakı universitetlərə gəlincə, qəbul planı Naxçıvan Dövlət Universitetində 96,05 %, Mingəçevir Dövlət Universitetində 96,16 % dolub. Eyni zamanda Lənkəran Dövlət Univeristetində 94,88 % plan yeri dolub", - X.Xanlarzadə qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:25 / 26.08.2025
Qəbul planı tam dolan ali təhsil müəssisələri - SİYAHI
Hazırda oxunan: Qəbul planı tam dolan ali təhsil müəssisələri - SİYAHI
Hazırda oxunan: Qəbul planı tam dolan ali təhsil müəssisələri - SİYAHI
267080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
11:00
Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR – Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? – ARAŞDIRMA

02:41