Bacı-qardaş imtahansız nüfuzlu universitetlərə qəbul olundu

Hazırda oxunan: Bacı-qardaş imtahansız nüfuzlu universitetlərə qəbul olundu

267061

Lənkəran məktəblərinin məzunları, bacı-qardaş Məlahət və Əliyyiəkbər Şirinli ölkəmizin iki prestijli universitetinə imtahansız qəbul ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Bizim Lənkəran” səhifəsi məlumat yayıb.

Məlahət Şirinli – Tütəpeştə kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasının bürünc medalçısı, 2024-cü ildə FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramı çərçivəsində ABŞ-da bir il təhsil alıb. O, buraxılış imtahanında mümkün 300 baldan 292,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi (ingilisdilli) ixtisasına qəbul olunub.

Əliyyiəkbər Şirinli – Xolmili kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasında ikiqat bürünc medalçı və Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısıdır. O, ADA Universitetinin Kompüter elmləri (ingilisdilli) ixtisasına qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin