BQXK Azərbaycanda fəaliyyətini dayandırır

Hazırda oxunan: BQXK Azərbaycanda fəaliyyətini dayandırır

267007

Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə "apa.az"a BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.
 

Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".


O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin