Səsi ilə Prezidentin diqqətini çəkən Əhəd qalib oldu - FOTO

Hazırda oxunan: Səsi ilə Prezidentin diqqətini çəkən Əhəd qalib oldu - FOTO

267003

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.

Bizim.Media xəbər verir ki, Əhəd Ağayev 8-16 yaşında yeniyetmələr arasında birinci yerə layiq görülüb.

Əhəd əslən Ağdamın Sarıcalı kəndindəndir.
 

Qeyd edək ki, cari ilin may ayında Ağdam Muğam Mərkəzinin açılış mərasimi zamanı Əhəd "Qarabağ şikəstəsi" oxumuşdu. O, bu ifası və səsi ilə ölkə lideri İlham Əliyevin diqqətini çəkmişdi.


Prezident bundan sonra səhnəyə çıxaraq sənət adamları və balaca xanəndələri salamlamışdı.

Xalq artisti Mənsum İbrahimov da "Unikal.az"a açıqlamasında dövlətimizin başçısının ondan Əhəd haqqında soruşduğunu bildirmişdi:

"Cənab Prezident xanəndələrlə görüşəndən sonra mənə dedi ki, bu uşaq kimdir, haradandır? Dedim: 9 yaşı var və ağdamlıdır. Sonra həmin məlumatı Mehriban xanıma dedi".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin