Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücülərdən biri hadisə yerində ölüb, hər iki avtomobildə olan sərnişinlər yaralanıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, günorta saatlarında Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar.
Qəzada yaralanlar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu