Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK – XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK – XƏBƏRDARLIQ

266978

Sabah Lənkəran rayonunun 13 yaşayış məntəqəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 26-da Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyi sınaqdan keçiriləcək.

Bu məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5 000 abonentin qaz təchizatının saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin