DİQQƏT – Bu sularda NÖQSAN aşkarlandı - FOTO

Hazırda oxunan: DİQQƏT – Bu sularda NÖQSAN aşkarlandı - FOTO

266954

Abşeron rayonu, Türkan qəsəbəsində içməli su istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
 

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.


Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin