Biləsuvarda 6 ay əvvəl qəzaya düşən yeniyetmə HƏYATINI İTİRDİ

Hazırda oxunan: Biləsuvarda 6 ay əvvəl qəzaya düşən yeniyetmə HƏYATINI İTİRDİ

266938

Biləsuvar rayonunda yol qəzası zamanı xəsarət alan yeniyetmə həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda yeniyetmənin idarə etdiyi avtomobil QƏZAYA UĞRADI


Xatırladaq ki, hadisə martın 1-də Biləsuvar–Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində baş vermişdi.

2008-ci il təvəllüdlü E. Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin – 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıb. Onlar əvvəlcə rayon xəstəxanasına çatdırılıb, daha sonra Tunar Əlizadə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmişdi.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin