Dermatoloqdan xəbərdarlıq: Günəş yanığına qarşı bu addımları atın

Hazırda oxunan: Dermatoloqdan xəbərdarlıq: Günəş yanığına qarşı bu addımları atın

266916

Yayda artan günəş şüaları və istilik dəridə quruluq, ləkə və erkən qocalmaya səbəb ola bilər.

Bizim.Media sağlam dəri üçün lazım olanları təqdim edir:

Nələrə diqqət edilməlidir?

Günəşdən qorunma: Ən az SPF 30 qoruyucu krem istifadə edin, hər 2-3 saatdan bir təkrarlayın.
 
Günəşə məhdud çıxış: 10:00–16:00 arasında birbaşa günəş altında qalmayın, şapka və eynəkdən istifadə edin.

Nəmləndirmə: Gündəlik 2 litr su için, duşdan sonra su tərkibli nəmləndirici istifadə edin.

Ləkələrin qarşısı: Ləkəyə meyilli dərilər üçün SPF 50+ və antioksidant serumlar faydalıdır.
 
Qidalanma: Rəngli tərəvəzlər, meyvələr və Omega-3 ilə zəngin qidalar dərini qoruyur.
 
Hovuz və dənizdən sonra: Duz və xlor dərini qurudur, buna görə üzdükdən sonra durulanmaq və nəmləndirici çəkmək vacibdir.
 
Qeyd: Günəşdən düzgün qorunmaq həm estetik, həm də ümumi sağlamlıq üçün uzunmüddətli fayda gətirir. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin