Bakıdan Naxçıvana gedənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Bakıdan Naxçıvana gedənlərə ŞAD XƏBƏR

266915

Naxçıvan–Bakı–Naxçıvan istiqamətində gündəlik avtobus reyslərinin sayı artırılaraq 4-dən 5-ə çatdırılıb.

Bu barədə Bizim.Media Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyindən bildirilib.

Bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.
 

Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə ”biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.


Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadə etməsi istiqamətində faliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin