Lənkəranda zəncirvari QƏZA

Hazırda oxunan: Lənkəranda zəncirvari QƏZA

266900

Lənkəran-Boradigah-Masallı magistralının şəhərin “Ləvəngi” dairəsi yaxınlığında zəncirvari yol qəzası qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “Niva” markalı minik avtomobilinə arxadan “Chevrolet Cruze” çırpılıb. Ardınca “Mitsubishi” markalı nəqliyyat vasitəsi də həmin “Chevrolet Cruze” ilə toqquşub.
 

Qəza nəticəsində xəsarət alan olmasa da, yolda birtərəfli hərəkətdə çətinlik yaranıb. Hadisə yerinə DYP və PPX əməkdaşları cəlb olunub. Avtomobillər ərazidən götürüldükdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.


Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin