Bakıda müşahidə olunan tozlu hava ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda müşahidə olunan tozlu hava ilə bağlı RƏSMİ AÇIQLAMA

266868

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin